IMG-LOGO

Vensin səfərinə İlham Əliyevlə Donald Trampın Vaşinqton və Davosda dialoqunun davamı kimi də yanaşmaq olar - RƏY

09 Feb 2026 17:03 5 baxış
IMG

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Venz ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq layihələrinin yer aldığı gündəliklə Bakıya səfər edir. Xüsusi ilə nəzərə alsaq ki, sonuncu dəfə Birləşmiş Ştatlar vitse-prezident səviyyəsində ölkəmizə 18 il əvvəl, 2008-ci ilin sentyabrında səfər təşkil etmişdi.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

Onun sözlərinə görə, bu səfərə Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında ötən ilin avsutunda Vaşinqton, car ilin yanvarında Davosda aparılan siyasi dialoqun davamı kimi də qiymətləndirmək olar:

"Sülhə və sabitliyə xidmət edən layihələrin praktiki icrası üçün imkanların nəzərdə keçirilməsi, çağırışlar və reallıqlar barədə fikir mübadiləsini ehtimal etmək olar. Səfər həm də ABŞ-ın Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıq üzərində əməkdaşlıq imkanlarını qurmasına, Azərbaycanın yaratdığı status-kvonun üstünlüklərindən bəhrələnməklə, sülhə və sabitliyə xidmət edən layihələri irəlilətməsinə xidmət edir".

Deputat qeyd edib ki, bu səfər həm də Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün nəzərdə tutulan 6 aylıq müddətin bitdiyi müddətə təsadüf edir:

"ABŞ-nin həm Cənubi Qafqaza, həm də Mərkəzi Asiyaya yönəlik strategiyasında Azərbaycan mərkəzdə dayanır. Xüsusilə, Mərkəzi Asiyadan qiymətli metalların, faydalı qazıntıların dünya bazarına ixracı, ABŞ-yə çatdırılmasında Azərbaycanın coğrafi mövqeyi və yaratdığı infrastruktur mühüm rol oynayır. Çünki Azərbaycan Orta dəhlizin vacib seqmentidir".

R.Nəbiyev həmçinin Birləşmiş Ştatların regiona, xüsusi ilə Azərbaycana yönəlik ardıcıl və prinsipial xarici siyasət kursu həyata keçirdiyinə diqqət çəkib.

"Burada da Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıq, yeni status-kvo, onun üstünlüklərinə yönəlik əməkdaşlıq planları ön sırada dayanır. Prezident İlham Əliyevin sülh gnüədliyinin Prezident Tramp tərəfindən müxtəlif beynəlxalq siyasi platformalarda təqdir edilməsi və iki lider arasındakı etibalı şəxsi münasibətlər də ikitərəfli siyasi münasibətlərin uğurunu şərtləndirən vacib faktorlardandır", - deyə o qeyd edib.

Xəbər lenti