IMG-LOGO

Azərbaycan millisi Gürcüstanda ikinci yoxlama oyununu keçirib

09 Feb 2026 15:20 4 baxış
IMG

Gürcüstanda təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi ikinci yoxlama oyununu keçirib.

"Report" AFFA-ya istinadən xəbər verir ki, komanda Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüş rəqibin 6:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbər lenti