IMG-LOGO

Rusiya klubu son olaraq "Fənərbağça"da çıxış edən futbolçunun transferini açıqlayıb

09 Feb 2026 15:58 4 baxış
IMG

Rusiyanın "Zenit" futbol komandası hücumçu Con Duranın transferini rəsmən açıqlayıb.

"Report" klubun mətbuat xidmtinə istinadən xəbər verir ki, komanda bu keçidlə bağlı Səudiyyə Ərəbistanının "Əl-Nəsr" kollektivi ilə razılıq əldə edib.

22 yaşlı oyunçu 2025/2026 mövsümünün sonuna qədər icarə əsasında "Zenit"in formasını geyinəcək.

Qeyd edək ki, Con Duran son olaraq Türkiyədə "Fənərbağça" klubunda çıxış edib.

Xəbər lenti