IMG-LOGO

Nazir: Ermənistan Müdafiə Nazirliyi sərhəddə üç il ərzində görülən işlər barədə hesabat verəcək

09 Feb 2026 14:32 4 baxış
IMG

Ermənistan Müdafiə Nazirliyi fevralın 10-da son üç il ərzində həyata keçirilən genişmiqyaslı mühəndis-istehkam işlərinin bir hissəsini təqdim edəcək.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Suren Papikyan sosial şəbəkədə məlumat verib.

"Son üç il ərzində sərhəddə görülən işlərin nəticələrini sizə təqdim etməyin vaxtıdır, xüsusilə istehkam işlərini - möhkəmləndirilmiş sahələri təqdim edəcəyik. Bütün bunlar daha əvvəl onları görmək istədiyini bildirmiş bəzi həmvətənlərimizə göstərilmişdi. Lakin indi biz bunu ictimaiyyətə təqdim etmək qərarına gəlmişik", - nazir videomüraciətində bildirib.

O qeyd edib ki, işlər iki ayrı videoçarx şəklində nümayiş etdiriləcək, videonun ikinci hissəsi çərşənbə günü ictimaiyyətə təqdim ediləcək.

Xəbər lenti