IMG-LOGO

"Tottenhem" fransalı hücumçu ilə bağlı qərar verib

09 Feb 2026 14:36 4 baxış
IMG

İngiltərənin "Tottenhem" klubu fransalı hücumçu Randal Kolo Muani ilə bağlı qərar verib.

"Report" "TEAMtalk"a istinadən xəbər verir ki, London klubu 27 yaşlı hücumçunu icarə müddəti başa çatdıqdan sonra PSJ-dən transfer etmək niyyətində deyil.

Məhz bu səbəbdən Kolo Muaninin qış "transfer pəncərəsi"ndə "Tottenhem"i tərk etmək istədiyi, lakin bunun reallaşmadığı bildirilir.

Qeyd edək ki, təcrübəli forvard cari mövsümdə bütün turnirlərdə 26 matçda iştirak edib, 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbər lenti