IMG-LOGO

Azərbaycan BƏƏ ilə ticarət-investisiya əməkdaşlığını gücləndirməyi müzakirə edib

09 Feb 2026 13:17 3 baxış
IMG

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Dubay Ticarət Palatasının nümayəndələri Bakıda Azərbaycanla investisiya və ticarət əməkdaşlığının perspektivlərini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə BƏƏ-nin Bakıdakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"BƏƏ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili səlahiyyətlərini icra edən Bədriyyə Əl Şehhi Dubay Ticarət Palatasının Azərbaycandakı nümayəndəsi Sənan Nəsibli ilə görüş keçirib. Tərəflər iki ölkə arasında birgə investisiya və ticarət əməkdaşlığının gücləndirilməsi yollarını müzakirə edib və iqtisadi sahədə arzuolunan məqsədlərə nail olmaq üçün daimi dialoqun saxlanılmasının vacibliyini vurğulayıblar", - paylaşımda qeyd edilib.

Xəbər lenti