IMG-LOGO

İndoneziya və Azərbaycan iqtisadi əməkdaşlığı müzakirə etməyi planlaşdırır

09 Feb 2026 13:38 4 baxış
IMG

İndoneziya Azərbaycana preferensial ticarət sazişi təklif edir.

Bu barədə "Report"a müsahibəsində İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi bildirib.

O qeyd edib ki, artıq bu təşəbbüsü ölkə Prezidenti İlham Əliyevə təklif edib və məsələni Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla müzakirə etməyi planlaşdırır:

"Prezident İlham Əliyevə etimadnaməmi təqdim edərkən ikitərəfli ticarəti sürətləndirmək üçün preferensial ticarət sazişini nəzərdən keçirməyi təklif etdim. Dövlət başçısı bu təklifə müsbət münasibət bildirdi. Mən iqtisadiyyat naziri Mikayıl Cabbarovla məhz bu məsələ ilə bağlı görüşəcəyəm. Biz görürük ki, İndoneziyanın istehlak malları Azərbaycan bazarında çox rəqabətqabiliyyətli ola bilər".

Onun sözlərinə görə, Cakarta İndoneziya və Azərbaycanın investisiyalar, biznes və ticarəti fəal inkişaf etdirə biləcəyi 24 iqtisadi əməkdaşlıq sektoru görür. B.Helmi bu istiqamətləri çox perspektivli adlandırıb və əməkdaşlığın aktivləşdirilməsinə çağırıb.

"Ən çox prioritet təşkil edən sahələr arasında - birgə kəşfiyyat, hasilat və emal daxil olmaqla neft və qaz, "yaşıl enerji" və bərpa olunan enerji mənbələri var. Ölkələrimiz arasında qarşılıqlı ticarət hələ ki azdır, lakin potensial nəhəngdir", - diplomat bildirib.

Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz

Xəbər lenti