IMG-LOGO

Bələdiyyələr tərəfindən debitor borcların ödənilməsi ilə bağlı qəbul edilmiş 17 053 inzibati akt icraatdadır

09 Feb 2026 13:59 3 baxış
IMG

2025-ci il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 9 696 inzibati akt icra məmurları tərəfindən icraata qəbul olunub və icraatda qalıqla birgə 17 053 inzibati akt olub.

"Report" xəbər verir ki, bu haqda məlumat Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əks olunub.

Milli Məclisin Regional məsələlər komitəsində müzakirə olunan məruzədə qeyd olunub ki, il ərzində onlardan 11 360-nın, başqa sözlə 66,6 faizinin icraatı tamamlanıb, yaxud icrası qismən təmin edilib.

Sənədə görə, 2025-ci ilin sonuna qalıq qalan 5 693 iş nəzarətdə saxlanılmaqla icrası istiqamətində zəruri tədbirlər görülməkdədir.

Xəbər lenti