IMG-LOGO

Peskov: Rusiya Sülh Şurasına 1 milyard dollar yönəltməklə bağlı təklifinə ABŞ-dən cavab almayıb

09 Feb 2026 14:04 3 baxış
IMG

Rusiya dondurulmuş aktivlərindən 1 milyard dolların Qəzza zolağının bərpası üzrə Sülh Şurasına yönəldilməsi təklifinə ABŞ-dən hələ cavab almayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

"Rusiya Prezidenti tərəfindən belə bir təklif həqiqətən səsləndirilib. Hələlik cavab almamışıq. Sülh Şurası mövzusu Rusiya Prezidentinin tapşırığına uyğun olaraq xarici işlər naziri tərəfindən müttəfiqlər və tərəfdaşlarla birlikdə işlənilir", - o bildirib.

Qeyd edək ki, Ağ Ev Sülh Şurası liderlərinin ilk iclasını fevralın 19-da keçirməyi planlaşdırır.

Xəbər lenti