IMG-LOGO

Lavrov: Ukraynada təhlükəsizliyimizi təhdid edən silahların yerləşdirilməsinə yol verməyəcəyik

09 Feb 2026 12:58 4 baxış
IMG

ABŞ Tramp dövründə praktikada Rusiyaya təzyiq siyasətindən geri çəkilməyib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "TV BRICS" beynəlxalq şəbəkəsinə müsahibəsində bildirib.

"Hələlik praktikada hər şey əksinə görünür: yeni sanksiyalar tətbiq edilir, BMT-nin Dəniz hüququ haqqında Konvensiyasının pozulması ilə açıq dənizdə tankerlərə qarşı "müharibə" aparılır. Bizə deyirlər ki, Ukrayna problemini həll etmək lazımdır. Ankoricidə biz ABŞ-nin təklifini qəbul etdik. Onlar təklif etdi - biz razılaşdıq, deməli problem həll olunmalıdır. Bizim üçün ABŞ-nin mövqeyi vacib idi. Onların təklifini qəbul edərək, biz sanki Ukrayna məsələsini həll etmək və genişmiqyaslı, qarşılıqlı faydalı əməkdaşlığa keçmək vəzifəsini yerinə yetirdik", - o deyib.

S.Lavrovun sözlərinə görə, Hindistana və digər tərəfdaşlara ucuz, əlçatan Rusiya enerji daşıyıcılarını almağı qadağan etməyə çalışırlar və üç qat baha qiymətə ABŞ-nin mayeləşdirilmiş təbii qazını almağa məcbur edirlər: "Yəni iqtisadi sahədə amerikalılar iqtisadi dominantlıq vəzifəsi elan ediblər".

O həmçinin bildirib ki, Rusiya Ukraynada Rusiyanın təhlükəsizlik maraqlarını təhdid edən hər hansı silah növünün yerləşdirilməsinə icazə verməyəcək.

Xəbər lenti