Fevralın 6-da "İdrak" liseyində şagirdi tərəfindən güllələnən 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanın son durumu açıqlanıb.
Kliniki Tibbi Mərkəzdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ş.Kamilovanın müalicəsi Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, Şəhla Kamilova həmin gün əməliyyat olunub. Hadisəni törədən şagird isə həbs edilib.
İdrak liseyində insident