IMG-LOGO

FHN: Ötən həftə 203 yanğın olub, 5 nəfərin meyiti tapılıb

09 Feb 2026 09:40 3 baxış
IMG

Ötən həftə 203 yanğın olub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 203 yanğına çıxış, 37 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 47 nəfər xilas edilib, 4 nəfər xəsarət alıb, 2 nəfər təxliyə olunub, bağlı qapı arxasında 5 nəfərin meyiti aşkar edilib.

Xəbər lenti