Balakəndə baş verən yanğında 100 ev quşu tələf olub.
"Report"un Şimal-qərb bürosu xəbər verir ki, hadisə rayonun Xalatala kəndində yerləşən fərdi yaşayış evlərindən birinin həyətindəki yardımçı tikilidə baş verib.
Yanğın zamanı 35 kv m sahədə yanar konstruksiyalar yanıb, 100 ev quşu tələf olub.
Faktla bağlı araşdırma aparılır.