Britaniya nəşrlərindən biri 2008-ci ilin sentyabr ayında baş verən Çatsvort qatar qəzası ilə bağlı qeyri-adi bir epizod haqqında məlumat yayıb.
Lent.az xarici mediaya istinadən istinadən xəbər verir ki, qurbanlardan biri, 49 yaşlı Çarlz E. Pek ailəsinə 11 saat ərzində onun mobil telefonundan zənglər gəlib.
Oğlunun, qardaşının, bacısının və nişanlısının nömrələrinə cəmi 35 çıxış zəngi qeydə alınıb.
Pek sərnişin qatarının yüksək sürətlə yük qatarı ilə toqquşması nəticəsində baş verən faciənin 25 qurbanından biri olub. Yüzdən çox insan yaralanıb.
O, köçmək və yeni iş tapmaq ümidi ilə Los-Ancelesə müsahibəyə gedirmiş.
O, aviaşirkətin müştəri xidmətlərində işləyib və üç uşaq böyüdürmüş.
Qohumları telefonlarına cavab verərkən yalnız səs-küy və statik səslər eşidiblər - səs və ya nəfəs gəlməyib.
Bu, onlara Pekin sağ qalıb dağıntılar altında qaldığına ümid verib. Lakin ona geri zəng etmək cəhdləri yalnız avtomat cavablandırıcı ilə nəticələnib.
Araşdırma nəticəsində məlum olub ki, telefon qəzadan sonra da işləməyə davam edib və əlaqə siyahısındakı nömrələri avtomatik olaraq yığıb.
Telefonun özü heç vaxt tapılmayıb, lakin siqnalı xilasedicilərə axtarış sahəsini daraltmağa kömək edib.
Zənglər dayandırıldıqdan sonra mütəxəssislər ərazini yenidən araşdırıb və mərhumun cəsədini aşkar ediblər.
Hadisələr