IMG-LOGO

Əraqçi: Azərbaycan və digər region ölkələri nüvə danışıqlarının bərpasına çağırıb

08 Feb 2026 13:29 5 baxış
IMG

Azərbaycan və regionun digər ölkələri ABŞ ilə nüvə danışıqlarının bərpasına çağırış ediblər.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Tasnim"in sualını cavablandırarkən deyib.

"Əgər əvvəllər danışıqlarda avropalılar iştirak edirdisə, bu dəfə regional ölkələr qatılıb. Onlar kömək etmək niyyətindədirlər və biz xoş niyyətlərinə hörmət edirik", - Əraqçi bildirib.

Onun sözlərinə görə, Azərbaycan və regionun digər ölkələri danışıqların bərpasını təşviq ediblər. "Onlar cənab Pezeşkian ilə 7 dəfə məsləhətləşiblər. Mən də regiondakı həmkarlarımla ya görüşmüşəm, ya da telefonla danışmışam", - İranın xarici işlər naziri vurğulayıb.

Dohada Qətər xarici işlər naziri ilə görüşdüyünü qeyd edən Əraqçi Rusiya və Çinlə məsləhətləşmələri davam etdirdiyini də diqqətə çatdırıb. "Biz Rusiya və Çini danışıqların gedişatından xəbərdar etdik" , - o deyib.

Xəbər lenti