IMG-LOGO

Azərbaycan və digər ölkələr axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib

08 Feb 2026 11:37 5 baxış
IMG

Azərbaycan, Gürcüstan, Almaniya, Monteneqro, Şimali Makedoniya və Yunanıstan "qırmızı bülleten"lə axtarışda olan 16 nəfəri Türkiyəyə ekstradisiya edib.

"Report" xəbər verir ki, bu məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"dəki hesabında paylaşıb.

Bildirilib ki, ekstradisiya olunan şəxslər qəsdən adam öldürmə, sui-qəsdə cəhd, narkotik ticarəti, oğurluq və dələduzluq kimi cinayətlərdə ittiham olunurlar.

Xəbər lenti