IMG-LOGO

Səbail rayonunda mağazada yanğın olub

08 Feb 2026 11:49 5 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "Report"a bildirilib ki, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 15kv.m. olan şirniyyat mağazasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mağazanın içərisində quraşdırılmış bir ədəd kondisioner və 2p.m. mətbəx mebeli yanıb.

Mağazanın böyük hissəsi yanğından mühafizə olunub.

Xəbər lenti