Rusiyanın Çelyabinsk vilayətinin Varna kəndində 15 yaşlı məktəblinin meyiti tapılıb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, yeniyetmənin meyiti Zavalişina küçəsindəki tərk edilmiş binada tapılıb. Oğlanın intihar etdiyi məlum olub.
Məlumata görə, 9-cu sinif şagirdi narkotik maddə aludəçisi kimi yetkinlik yaşına çatmayanlarla iş şöbəsində qeydiyyatda olub.
Faktla bağlı hüquq-mühafizə orqanları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 110-cu maddəsi “Yetkinlik yaşına çatmayan şəxslə bağlı özünü öldürmə həddinə çatdırma” ilə cinayət işi açıb.
Müstəntiqlər hadisənin başvermə şəraitini müəyyənləşdirirlər.