Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının formasını geyindiyi İsveçin “Yurqorden” klubu hücumçusu Noel Milleskoqu satıb.
“Report”un yerli mətbuata istinadən məlumatına görə, 21 yaşlı forvard karyerasını ölkəsinin digər komandası “Sirius”da keçirəcək.
Stokholm təmsilçisi onu icarəyə vermək istəsə də, futbolçu özü birdəfəlik transfer tələbi ilə çıxış edib. Bu üzdən Milleskoq “Sirius”a satılıb. Bununla bağlı paylaşım edən oyunçu komandası ilə vidalaşıb.
Hazırda “Yurqorden”də 2 mərkəz hücumçusu qalıb. Bunlar Musa Qurbanlı və türkiyəli yeni transfer Dəniz Hümmətdir. Klub Milleskoqa qədər daha 7 futbolçusu ilə yollarını ayırmışdı.
Qeyd edək ki, İsveç yüksək liqasında yeni mövsüm martın 30-da başlayacaq. “Yurqorden” ilk oyununu aprelin 1-də “Göteborq”a qarşı keçirəcək.
Bizim WhatsApp kanalımıza abunə olun