IMG-LOGO

Qərbi Azərbaycan Xronikası: Azərbaycanın alt qatlarında 5000 illik tarix gizlənir

08 Feb 2026 01:04 4 baxış
IMG

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

"Report" xəbər verir ki, buraxılışda tarix elmləri doktoru, professor Nəcəf Müseyibli arxeoloji qazıntılarda qədim Azərbaycan dövlətçiliyinin tarixindən danışıb.

O bildirib ki, Azərbaycanın alt qatlarında gizlənən 5000 illik tarixi var:

"Arxeoloji qazıntılar Azərbaycan dövlətçiliyinin qədimliyini sübut edir. Naxçıvanda tapılan şəhər mədəniyyəti indiyədək olan tarixi dəyişir. Qarabağ abidələri Azərbaycan tarixinə yeni faktları gətirir. Gəncə-Qazax bölgəsi arxeologiyada mühüm yenilikləri ortaya qoyur. Naxçıvan qədim Yaxın Şərqin açar bölgələrindən biridir. Cənubi Azərbaycan və Urmiya hövzəsi sivilizasiya mərkəzi sayılır".

Tarixçinin sözlərinə görə, qədim Azərbaycanın tarixi yazılı mənbələrlə deyil, qazıntılarla da öyrənilməlidir: "Üzərliktəpə 4 min il əvvəl Azərbaycanda şəhər həyatının mövcudluğunu sübut edir. Qədim qalalar və qəbir abidələri Azərbaycanda ilk siyasi birliklərin dəqiq tarixini müəyyən edir. Tunc dövrü Azərbaycan tarixində dönüş nöqtəsidir. Bakı-Tbilisi-Ceyhan layihəsi arxeologiyada yeni mərhələ açdı".

N. Müseyibli Azərbaycanda ilk dövlət izlərinin harada tapılması, beş min il əvvəlki həyatın necə olması, radiokarbon analizləri ilə Azərbaycan tarixinin yenidən yazılması, eləcə də xarici alimlərin Azərbaycanda hansı sirrləri araşdırması ilə bağlı fikirlərini bölüşüb.

Daha ətraflı linkdə:

Qərbi Azərbaycan Xronikası: Azərbaycanın alt qatlarında 5000 illik tarix gizlənir

Xəbər lenti