IMG-LOGO

Əri müğənni Yaqutu buna görə öldürüb - İTTİHAM AKTI - VİDEO

31.01.2024 13:42 67 baxış
IMG

Bakıda müğənni həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Həşimovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttiham aktında göstərilib ki, Anar Həşimov 2023-cü ilin sentyabr-oktyabr aylarında arvadı Yaqut Həşimovanın istifadəsində olan mobil telefonuna baxaraq həmin telefonun "Whatsapp" proqramında başqa şəxslərə mesajlar yazdığını görüb. Daha sonra təqsirləndirilən şəxs bu barədə həyat yoldaşına iradını bildirib. Yaqut Həşimova isə iradları qəbul etməyərək onun işlərinə qarışmamasını tələb edib.

Bundan sonra aralarında baş vermiş mübahisə zamanı Anar Həşimov, qısqanclıq zəminində qisas almaq niyyəti ilə Yaqut Həşimovanı döyüb, başına zərbələr endirib. Daha sonra təqsirləndirilən şəxs bıçaqla onun qarın, boğaz, döş qəfəsi və digər nahiyələrinə zərbələr vurub. O, daha sonra qan itirən Yaqut Həşimovanı izləyərək ölümünü gözləyib. Yaqut Həşimova qanaxma səbəbindən ölüb.

Anar Həşimov ittiham aktına münasibət bildirərək özünü təqsirli bildiyini deyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib. O, məhkəmənin qapalı keçirilməsini istəyib.

Hakimlər qısa fasilədən sonra vəsatəti qismən təmin edib.

Proses fevralın 14-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2023-cü ilin oktyabrın 16-da baş verib.

1984-cü il təvəllüdlü Anar Həşimovun Nizami rayonu, Şərifli küçəsində birgə yaşadıqları mənzildə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Yaqut Həşimovanı bıçaq xəsarətəri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Yaqut Həşimova müğənni olub, Yaqut Nəriman kimi tanınıb.

Xəbər lenti