IMG-LOGO

“QANUNİ OĞRU” “Çiro Qalski”nin adamı həbsxanada aləmi bir-birinə qatdı

31.01.2024 11:52 72 baxış
IMG

Permdə IK-9 həbsxanasında saxlanılan “Marik” ləqəbli kriminal avtoritet Marat Musin Rusiyada qadağan edilmiş “Məhkumların Cinayət Birliyi” ekstremist hərəkatını təbliğ etdiyinə görə mühakimə olunub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin regional idarəsinin məlumatına görə, ekstremist təşkilatın fəaliyyətində iştirakda və cinayətkar birlikdə yüksək vəzifə tutmaqda ittiham edilir.

İstintaqın məlumatına görə, o, 2020-ci il oktyabrın 30-dan 2021-ci il yanvarın 1-dək koloniyada cəza çəkərkən kriminal “mədəniyyət”i ideyalarını təbliğ edib. O, yeni qaydalar qoyaraq həbsxanada aləmi bir-birinə qatıb. Bütün məhkumları cinayətkar birliyin qaydalarına tabe olmağa məcbur edib.

Kriminal aləmdə “Çiro Qalski” kimi tanınan “qanuni oğru” Çiro Şoninin qərarı ilə “Marik” cinayətkar ortamda nəzarətçi lider olub.

“Məhkumların Cinayət Birliyi”in fəal iştirakçısının 4 il həbs cəzasını qüvvədə saxlayıb.

Xəbər lenti