IMG-LOGO

Sankt-Peterburqda ticarət mərkəzindən 200 nəfər təxliyə edilib

07 Feb 2026 18:01 5 baxış
IMG

Sankt-Peterburqun Vladimirski prospektindəki binada yanğın baş verib, 200 nəfər təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Nazirliyinin Peterburq üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bu prospektdə "Vladimirski passaj" ticarət mərkəzi yerləşir.

Yardımçı otaqda 2 kv. m sahədə yanğın baş verib. Yanğın saat 16:18-də söndürülüb.

Xəsarət alanlar barədə məlumat daxil olmayıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 3 ədəd texnikası və 15 nəfər şəxsi heyəti cəlb edilib.

Xəbər lenti