Bakıda "İdrak" liseyində müəllimini gülləməkdə təqsirləndirilən şagird həbs olunub.
Lent.az xəbər verir ki, bu barədə Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə təqdimatla bağlı qərar elan olunub.
Qərara əsasən, həmin şagird barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib. Liseyin 10-cu sinif şagirdi ov tüfəngi ilə riyaziyyat müəllimi 29 yaşlı Şəhla Kamilovanı güllələyib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hadisələr İdrak liseyində insident