İranın raket proqramı nə indi, nə də gələcəkdə müzakirə olunmayacaq, çünki bu, müdafiə məsələsidir.
"Report" xəbər verir k, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin "Al Jazeera" telekanalına müsahibəsində bildirib.
Omanda ABŞ tərəfi ilə danışıqlara toxunan XİN başçısı qeyd edib ki, bu danışıqlar "yaxşı başlanğıc nöqtəsi oldu, lakin etimadın möhkəmləndirilməsi üçün hələ uzun yol qət edilməlidir".
Onun sözlərinə görə, danışıqlar dolayı xarakter daşıyıb və yalnız nüvə problemi ilə bağlı olub. Uranın zənginləşdirilməsinin qadağan edilməsi məsələsi müzakirə mövzusu deyil.
"Uranın zənginləşdirilməsi İranın haqqıdır və bu proses davam etdirilməlidir", - A.Əraqçi qeyd edib.
O, ABŞ ilə nüvə dosyesi üzrə mümkün razılaşma çərçivəsində yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının İrandan üçüncü ölkələrə çıxarılması mümkünlüyünü istisna edib.