IMG-LOGO

Astarada torpaq sürüşməsi olub, ərazidəki çayın məcrası dəyişdirilir

07 Feb 2026 12:12 4 baxış
IMG

Astara rayonunda torpaq sürüşməsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Vaqo kəndində qeydə alınıb.

Sürüşmə nəticəsində çay kənarındakı beton bəndlər uçub, həmçinin kənd yolunun bir hissəsi dağılıb.

Hadisə ilə əlaqədar əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür, texnika vasitəsi ilə çayın məcrası dəyişdirilir. Bundan başqa, sürüşmə səbəbindən ensizləşən yolda təhlükəsizlik tədbirləri görülür.

Astara Su Melorasiya Sistemləri İdarəsinin baş mühəndisi Fərid Yusifov bildirib ki, yaranmış problemin aradan qaldırılması o qədər də asan deyil.

"Layihə İnstutunun və Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri ərazidə layihələndirmə işləri həyata keçirməlidirlər. Torpağın eroziyaya uğraması nəticəsində ötən əsrin 70-ci illərində tikilmiş bust bəndlərin 17 ədədi çaya aşıb, digər beş bəndə isə ciddi ziyan dəyib. İdarənin mütəxəssisləri əraziyə təhkim olunublar. Hazırda əraziyə daxil olaraq bust bəndlərin ətrafının təmizlənməsi üçün ekskovator vasitəsilə çay məcrasının səmti dəyişdirilir".

Xəbər lenti