Fin körfəzi akvatoriyasında iki gəmi toqquşub.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.
"Eyni istiqamətdə hərəkət zamanı "Qlifada" və "Aeolian Forçun" gəmiləri toqquşub", - məlumatda qeyd olunub.
Toqquşma nəticəsində xəsarət alan olmayıb, ətraf mühitin çirklənməsi halı qeydə alınmayıb. Hadisə digər gəmilərin hərəkətinə təsir göstərmir.
Hər iki gəminin heyəti dəymiş ziyanı qiymətləndirir. Qiymətləndirmə başa çatdıqdan sonra gəmilər öz reyslərini davam etdirməyi planlaşdırır.