Bakıda özünü “Azəriqaz” işçisi kimi təqdim edib insanları aldadana cinayət işi açılıb.
Lent.az xəbər verir ki, 49 yaşlı Sabirabad rayon sakini Rüstəm Nəzərov adı çəkilən qurumun əməkdaşı olduğunu və Abşeron rayonu Məmmədli qəsəbəsində yeni tikilən evlərə qaz sayğacları quraşdıracağını deyib.
Onun sözlərinə inan zərərçəkənlər Rüstəmə ümumilikdə 6400 manat pul veriblər. Rüstəm Nəzərov da həmin evlərə sayğac quraşdırmağa adam tapa bilmədiyi üçün pulları şəxsi ehtiyaclarına xərcləyib.
Zərərçəkənlərin şikayəti əsasında R. Nəzərov saxlanılıb və barəsində cinayət işi açılıb.
Sabunçu rayon Məhkəməsinin qərarı ilə onun barəsində 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Hadisələr qaz sayğacları Azəriqaz məhkəmələr