IMG-LOGO

II GİNius intellektual yarışının açılış mərasimi olub

07 Feb 2026 11:07 4 baxış
IMG

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş dövlət qurumlarının gənc əməkdaşları arasında II GİNius intellektual yarışının açılış mərasimi olub.

"Report" xəbər verir ki, mərasimdə çıxış edən Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov yarış haqqında, onun ənənə alması haqqında iştirakçıları məlumatlandırıb.

O, yarışın böyük final mərhələsinin may ayında baş tutacağını vurğulayıb.

Daha sonra yarışa start verilib.

Bildirilib ki, yeddi turdan ibarət yarışmada hər komandanın tərkibində beş iştirakçı olur. Yarış hər birində 20 komanda olmaqla iki turda keçirilir. Hər turda ən çox xal toplayan 10 komanda yarımfinalda iştirak hüququ qazanacaq.

Yarımfinalda isə ən yaxşı nəticə göstərənlər finalda mübarizə aparmaq imkanı əldə edəcəklər.

Xəbər lenti