IMG-LOGO

Saxta araq satan azərbaycanlı dəstəyə HÖKM OXUNDU

07 Feb 2026 10:55 5 baxış
IMG
0 0

Rusiyanın Pervouralsk Şəhər Məhkəməsi saxta spirtli içkilərin satışı ilə bağlı ittiham olunan azərbaycanlı sahibkarlar — Elmadin Ağayev, Elvin Şükürov və Mirxas Verdiyev barəsində hökm çıxarıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, məhkəmə Verdiyevə 150 min rubl cərimə ilə 1 il 6 ay azadlıqdan məhrumetmə, Ağayevə 100 min rubl cərimə ilə 1 il 3 ay həbs cəzası təyin edib. Şükürov isə bir il müddətinə azadlıqdan məhrum ediləcək. Müsadirə olunmuş məhsulların məhv edilməsi barədə tapşırıq verilib.

Qeyd edək ki, Şükürov və onunla birlikdə olan şəxslər ötən ilin yayında saxlanılıblar. Onlara Rusiya Federasiyası Cinayət Məcəlləsinin 171.1-ci maddəsinin 6-cı hissəsinin “a” və “b” bəndləri (xüsusilə iri miqyasda, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən markalanmamış spirtli içkilərin istehsalı, saxlanması, satış məqsədilə daşınması və ya satışı) üzrə ittiham irəli sürülüb.

Məhkəmə müəyyən edib ki, bu üç nəfər 2024-cü ilin noyabrından 2025-ci ilin iyulunadək fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrupun üzvləri olublar. Lisenziyaları olmadığı halda onlar Novоalekseyevka kəndində, “İzümrud” sənaye bazasının ərazisində spirtli içkilərin satışı ilə məşğul olublar. Onların əməlləri nəticəsində dövlətə dəymiş zərər 7 milyon rubl məbləğində qiymətləndirilir.

Təqsirləndirilən şəxslər günahlarını etiraf edərək peşman olduqlarını bildiriblər.

Hadisələr saxta araq Yekaterinburq Rusiyada yaşayan azərbaycanlılar

Xəbər lenti