İsmayıllıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, fevralın 7-də saat 02:00 radələrində Zaur Bilalov idarə etdiyi "Opel" markalı avtomobillə İsmayıllı rayonunun Xanagah kəndi ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 36 yaşlı Cavad Xəlilovu vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.