Türkiyənin İstanbul şəhərində "Marksist-Leninst Kommunist Partiyası" (MKLP) adlanan silahlı terror qruplaşmasına qarşı əməliyyat keçirilib, 102 şübhəli saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Saxlanılanlardan 77-si həbs olunub, 23-ü şərti nəzarət, ikisi isə ev dustaqlığına məhkum edilib.