İspaniyanın “Barselona” klubu 120 milyon avro gəlirdən məhrum ola bilər.
“Report” xəbər verir ki, komanda cari mövsüm iştirak etdiyi turnirləri mükafatsız tamamlasa, ciddi maliyyə problemi ilə üzləşəcək.
Həmin məbləğin 60 milyon avrosu UEFA Çempionlar Liqası (ÇL) ilə bağlıdır. Belə ki, rəhbərlik hər il büdcəni qitənin ən nüfuzlu klub turnirində 1/4 finala qədər irəliləmək üzərində formalaşdırır. La Liqa təmsilçisi ÇL-ə vəsiqə qazana bilməsə, böyük qazancı əldən çıxaracaq.
İspaniya Superkuboku və qitələrarası dünya çempionatından kənarda qalmaq isə daha 60 milyon avro qazancdan məhrum olmaya gətirib çıxara bilər.
Qeyd edək ki, hazırda La Liqada 4-cü pillədə qərarlaşan “Barselona” Çempionlar Liqasının 1/8 finalında İtaliya klubu “Napoli” ilə qarşılaşacaq.
Bizim WhatsApp kanalımıza abunə olun