IMG-LOGO

"Turkish Airlines" İstanbuldan İrəvana uçuşlara başlayacaq

06 Feb 2026 16:54 2 baxış
IMG

Martın 11-dən Türkiyənin milli aviadaşıyıcısı - "Turkish Airlines" ölkənin İstanbul və Ermənistanın paytaxtı İrəvan arasında uçuşlara başlamağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri bu ölkənin Energetika Nazirliyinin Turizm Komitəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu barədə aviaşirkət nümayəndələrinin komitə sədri Lusine Gevorqyanla görüşündə məlumat verilib.

"İclasda planlaşdırılan İstanbul-İrəvan-İstanbul reysləri, onların inkişaf perspektivləri, həmçinin yaxın gələcəkdə yeni istiqamətlər üzrə uçuşların həyata keçirilməsi imkanları müzakirə edilib", - komitədən qeyd olunub.

Xəbər lenti