Argentina millisinin futbolçusu Entso Fernandes klubunu dəyişməyi düşünür.
"Report" "Marca" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi İngiltərənin "Çelsi" klubundan ayrılmaq istəyir.
E.Fernandes Londondakı soyuq iqlim, matç praktikasının daha çox olması və maliyyəyə görə bu addımı atmağı planlaşdırır.
O, "Real"da oynamaq niyyətindədir. İspaniya təmsilçisi də onunla maraqlanır.
Qeyd edək ki, 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olan Entso Fernandes cari mövsüm "zadəganlar"ın heyətində 20 matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Çelsi" ilə 2032-ci ilin yayınadək müqaviləsi var.