IMG-LOGO

Azərbaycanlı narkotacirə 12 il HƏBS CƏZASI

30.01.2024 12:54 70 baxış
IMG

Rusiyanın Çelyabinsk vilayətinin Krasnoarmeyski Məhkəməsi Azərbaycan vətəndaşını regionda heroin yaymaqda ittiham edərək 12 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Çelyabinsk idarəsinin mətbuat xidməti məlumat yayıb.

Həmin şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi (“Narkotik vasitələrin qanunsuz dövriyyəsi”) ilə təqsirli bilinib.

Təhlükəsizlik qüvvələri əcnəbinin fəaliyyətini 2023-cü ilin mart ayında öyrənib. Həmin şəxs tutulan zaman üzərində 6,5 kq narkotik vasitə olub. Rusiya Federasiyası FSB-nin məlumatına görə, məhkum etnik cinayətkar qrupun tərkibində qeyri-qanuni bizneslə məşğul olub.

Xəbər lenti