"Real"ın oyunçuları baş məşqçi Alvaro Arbeloanın taktiki yanaşmasından getdikcə daha çox narahatdırlar.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Arbeloa Xabi Alonsonun rəhbərliyi altında soyunma otağında çox yüksək olan gərginliyi azaltsa da, oyunçular şübhəli qərarlar və taktiki yeniliyin olmaması səbəbindən onu inqilabçı hesab etmirlər.
Narazılıq Dani Sebalosun "Benfika" ilə bütün oyunda meydandan kənarda qalması qərarından, eləcə də "Rayo Valekano" ilə oyun zamanı oyunçularla ispan məşqçi arasında baş verən taktiki mübahisədən qaynaqlanır.
Arbeloanın uzunmüddətli gələcəyi "Real"in La Liqa və Çempionlar Liqasındakı uğurlarından asılıdır.
Alvaro Arbeloa "Real" futbol