Azərbaycan Voleybol Federasiyasının (AVF) nümayəndələri seleksiya işləri çərçivəsində Şəkidə olublar.
“Report”un AVF-nin mətbuat xidmətinə istinadən məlumatına görə, qurum rəsmiləri bölgələrdə perspektivli voleybolçu axtarışlarını davam etdirirlər.
Seleksiya məşqlərində Şəki ilə yanaşı, Oğuz, Qax və Zaqataladan olan yeniyetmələr iştirak ediblər.
AVF nümayəndələri məşqləri izləyib və müvafiq tələblərə uyğun gələn idmançıların qeydiyyatını aparıblar.
Bizim WhatsApp kanalımıza abunə olun