IMG-LOGO

Nazir müavini: Azərbaycandan son illərdə hüquq təhsili üçün xaricə gedənlərin olduğu müşahidə edilir

05 Feb 2026 13:41 3 baxış
IMG

Azərbaycandan son illərdə hüquq təhsili almaq üçün üçün xaricə gedənlərin olduğu müşahidə edilir.

"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.

Nazir müavininin sözlərinə görə, diplomların tanınması ilə bağlı müşahidələr göstərir ki, bu məsələdə neqativ hallara rast gəlinir:

"Düşünürəm ki, bu, daha çox keyfiyyətdən asılıdır. Biz hələ də test sisteminə əsaslanan diplomları tanıyırıq. Xaricdə təhsilin müsbət tərəflərinə baxsaq, son üç ildə ABŞ və digər ölkələrdəki məşhur hüquq universitetlərinə üz tutan gənclərimizin olduğunu görürük. Ümumiyyətlə, yüksək nailiyyətləri olan şagirdlərin təqribən 25 faizi hüquqşünaslıq ixtisasını seçir".

Xəbər lenti