IMG-LOGO

Bu il doqquz bölgə üzrə 8 min musiqi müəllimi attestasiyaya cəlb olunacaq

05 Feb 2026 11:29 3 baxış
IMG

Bu il 9 bölgə üzrə Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində attestasiya prosesi aparılacaq.

"Report" xəbər verir ki, bunu nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Yaşar Zeynalov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ümumilikdə, il ərzində 8 min müəllimin attestasiyaya cəlb olunacağı planlaşdırılıb.

Nazirlik rəsmisi builki attestasiya prosesinin fevralın 10-da başlanılacağını və prosesin iyul ayına qədər yekunlaşacağını bildirib:

"Yalnız Naxçıvandakı təhsil müəssisələrinin təhsilverənləri üçün attestasiya ilin sonunda keçiriləcək".

Xəbər lenti