IMG-LOGO

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tura start verilir

05 Feb 2026 09:28 2 baxış
IMG

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tura bu gün start veriləcək.

"Report" xəbər verir ki, turun ilk oyun günündə üç görüş baş tutacaq.

"Turan" evdə "Gəncə" ilə üz-üzə gələcək. Qarşılaşma saat 17:00-da Tovuz Olimpiya İdman Kompleksində start götürəcək.

Saat 16:00-da "Azərreyl" UNEC-lə, 18:00-da isə "Abşeron" "Milli Aviasiya Akademiyası" ilə qarşılaşacaq. Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.

Xəbər lenti