IMG-LOGO

"Neftçi"nin sabiq hücumçusu Səudiyyə Ərəbistanında klubunu dəyişib

05 Feb 2026 09:46 2 baxış
IMG

"Neftçi"nin sabiq futbolçusu Mateus Saldanya Səudiyyə Ərəbistanında klubunu dəyişib.

"Report" xəbər verir ki, 26 yaşlı hücumçu "Əl-Vəsl" klubundan "Şarja"ya icarəyə verilib.

Bu barədə "Əl-Vəsl"in mətbuat xidməti məlumat yayıb. Braziliyalı futbolçunun yeni klubu ilə müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, M.Saldanya 2025-ci ildən "Əl-Vəsl"in formasını geyinirdi. O, 2022/2023 mövsümündə "Neftçi"nin heyətində 17 matçda meydana çıxıb və 5 qol vurub.

Xəbər lenti