IMG-LOGO

Azərbaycan Kuboku: "Sabah" - "Qəbələ" oyununda qalib müəyyənləşməyib

04 Feb 2026 21:25 2 baxış
IMG

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sabah" və "Qəbələ" bərabərə qalıb.

"Report"un məlumatına görə, tərəflər arasında "Bank Respublika Arena"da baş tutan ilk matçda qapılara qol vurulmayıb.

Raundun cavab oyunu martın əvvəlində təşkil ediləcək.

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin əvvəlki qarşılaşmasında - "Sumqayıt" və "Zirə" kollektivlərinin duelində hesab açılmayıb. Fevralın 5-də 1/4 final mərhələsinin "Şamaxı" – "Qarabağ" və "Turan Tovuz" – "Kəpəz" oyunları keçiriləcək.

Xəbər lenti