Qazaxıstanın üç ağırlıqqaldıranı antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, bunlar Nikita Abdrahmanov, Klim Başargin və Mira Axmetovadır.
Onların dopinq nümunələrində qadağan olunmuş maddələr aşkarlanıb. Abdrahmanov və Başargin 2026-cı il iyunun 11-dək, Axmetova isə 2027-ci il iyunun 11-dək cəza alıb.
Qeyd edək ki, 17 yaşlı Nikita Abdrahmanov (102 kq) gənclər arasında ikiqat dünya (2022, 2023) çempionudur.
Bizim Telegram kanalımıza abunə olun