IMG-LOGO

Rasim Həsənov barəsində həbs qətimkan tədbiri seçildi

03 Feb 2026 20:59 2 baxış
IMG
0 0

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov saxlanılıb. Onun barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Rasim Həsənov barəsində 2 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Rasim Həsənov Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə), 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə), 313-cü( Vəzifə saxtakarlığı), 341.2.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, Rasim Həsənovun saxlanılması barədə məlumatı ilk olaraq “Qafqazinfo” yayıb.

Rasim Həsənov Müdafiə Nazirliyi

Xəbər lenti