"Sevilya" klubunun futbolçusu Serxio Ramos La Liqada oyun sayına görə Lionel Messini geridə qoyub.
"Report"un məlumatına görə, təcrübəli müdafiəçi buna "Osasuna" ilə heç-heçə (1:1) etdikləri XXII turun matçında iştirak etməklə nail olub.
O, çempionatda 521-ci matçını keçirib. Messi 520 görüşdə meydanda olub.
La Liqada oyun sayına görə rekordçular Andoni Subisarreta və Xoakin Sançesdir (hər ikisi 622 oyun).
Qeyd edək ki, Serxio Ramos İspaniyada "Real"ın uğurları üçün də çalışıb.
Bizim Telegram kanalımıza abunə olun