IMG-LOGO

İtaliya klubları futbolçularını dəyişiblər

02 Feb 2026 21:43 5 baxış
IMG

İtaliya təmsilçiləri "Yuventus" və "Bolonya" transfer dönəmində futbolçularını dəyişiblər.

"Report" xəbər verir ki, Turin kollektivi İsveç millisinin sağ cinah müdafiəçisi Emil Holmu cari mövsümün sonuna qədər icarə əsasında heyətinə qatıb.

Əvəzində isə yarımmüdafiəçi Juan Mariunu eyni müddətə icarə əsasında "Bolonya"ya göndərib.

Qeyd edək ki, Juan Mariu "Yuventus"un heyətində 13 oyunda meydana çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb. Emil Holmun isə "Bolonya"nın formasında keçirdiyi 19 oyunda 1 qol və 5 məhsuldar ötürməsi var.

Xəbər lenti