IMG-LOGO

Cəlilabadda 4 aylıq körpə qızılcadan vəfat edib

28.01.2024 21:58 71 baxış
IMG

Cəlilabad rayonunda azyaşlı oğlan uşağı vəfat edib.

"Report"un Muğan bürosunun məlumatına görə, onun bir müddət əvvəl səhhəti pisləşib və ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

O, bu gün paytaxt xəstəxanalarından birinə təxliyə olunan zaman yolda vəfat edib.

İlkin məlumata görə, azyaşlı qızılcadan dünyasını dəyişib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti