IMG-LOGO

Elşad Miri: Bir sıra özəl məktəblərdə brend geyimlərin nümayişi situasiyası yaranıb

02 Feb 2026 17:49 3 baxış
IMG

Özəl məktəblərin bir çoxunda brend geyimlərin nümayişi situasiyası yaranıb.

"Report" xəbər verir ki, bunu dinşünas Elşad Miri "Baku TV"nin "Aktual gündəm" verilişində açıq-saçıq və dini geyimlərin məktəb mühitinə təsiri mövzusundakı müzakirə zamanı deyib.

Onun sözlərinə görə, bu kimi özəl məktəblərdə keyfiyyətli təhsil ikinci plana düşür: "Aydın məsələdir ki, artıq burada şagirdlərə təhsilalan kimi yox, müştəri gözü ilə baxırlar. Şagirdlər arasında da ayrı-seçkilik yaranır, nisbətən zəif geyinən şagird yoldaşları tərəfindən lağ obyektinə çevrilir".

Dinşünas qeyd edib ki, dövlət məktəblərində kifayət qədər yüksək səviyyəli dərs tədris olunur: "Burada isə artıq standart, vahid formaya keçid müəyyənləşdirilməli, bu kimi müzakirələrə son qoyulmalıdır. Biz gələn müzakirələrdə artıq məktəblilərin uğurları barədə danışmalıyıq".

Elşad Miri: Bir sıra özəl məktəblərdə brend geyimlərin nümayişi situasiyası yaranıb

Elşad Miri: Bir sıra özəl məktəblərdə brend geyimlərin nümayişi situasiyası yaranıb

Xəbər lenti