IMG-LOGO

Luvrun əməkdaşları əmək şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil ediblər

02 Feb 2026 16:36 2 baxış
IMG

Parisdəki Luvr muzeyinin əməkdaşları tətil ediblər.

"Report" xəbər verir ki, bu barədə AFP həmkarlar ittifaqındakı mənbəyə istinadən məlumat yayıb.

İştirakçılar əmək şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Muzey qismən açıq qalır, bəzi zallar isə bağlı qala bilər.

Öz bəyanatında CGT-SUD-CFDT həmkarlar ittifaqları qrupu qeyd edib ki, bazar ertəsi səhər ümumi iclasda toplanan 300-dən çox agent, kadr çatışmazlığına və Mədəniyyət Nazirliyinin digər əməkdaşları ilə əmək haqqı fərqlərinə etiraz olaraq dekabrın 15-də başlayan tətili davam etdirmək üçün yekdilliklə səs verib.

Ötən ilin oktyabrın 19-da baş verən soyğunculuqdan sonra muzey dörd dəfə tamamilə bağlanıb.

Qeyd edək ki, soyğunculuq zamanı muzeyden III Napoleon dövrünə aid səkkiz qiymətli eksponat oğurlanıb. İstintaqın məlumatlarına görə, soyğunçular əvvəlcədən texnika satıcısı ilə razılığa gələ bilib və oğurluqdan sonra skuter və velosipedlərlə qaçıblar. Əşyaların dəyəri 88 milyon avro qiymətləndədir.

Xəbər lenti